
Papa Fransiskdən Quranın yandırılmasına REAKSİYA
Ötən həftə İsveçdə Qurani-Kərimin yandırılmasına daha bir reaksiya katolik dünyasının ruhani lideri Papa Fransiskdən gəlib.
Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Türkiyə başda olmaqla bir çox ölkədən gələn reaksiyalardan sonra Birləşmiş Ərəb Əmirliklərində çıxan əl-İttihad qəzetinə açıqlama verən Papa Fransisk Qurani-Kərimin yandırılmasının qəbuledilməz olduğunu bildirib.
“Quranın yandırılmasına icazə verilməməlidir və bu şiddətli şəkildə qınanmalıdır”, – Papa deyib.
Papa Fransisk Quranın yandırılması kimi hərəkətlərin çox sərt şəkildə cəzalandırılmalı olduğunu da qeyd edib.
Busaat.az























