Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.19 $▲0.83%
  • WTI neft86.48 $▲0.95%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.297 $▲2.61%
  • Qızıl4 037 $▼2.14%
  • Gümüş51.63 $▼3.04%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.00 ¢▲0.72%
  • Bitcoin73 454 $▼0.18%
  • Ethereum2 048 $▼0.10%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Papuaşvili Avropa liderlərinin bəyanatını kəskin tənqid etdi

image-68348e1c1dadf68348e1c1dae0174827471668348e1c1dadd68348e1c1dade
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Fransa, Polşa və Almaniya liderlərinin Gürcüstanın Müstəqillik Günü ilə bağlı yaydıqları birgə bəyanatını “gürcü xalqına və Gürcüstan dövlətinə öz milli bayramında rüsvayçı hücum” kimi qiymətləndirib.

Busaat.az APA.az-a istinadən xəbər verir ki, bu barədə Şalva Papuaşvili “Facebook”da paylaşım edib.

Qeyd edə ki, “Veymar üçbucağı”nın liderləri – Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Almaniya Kansleri Fridrix Merzin birgə bəyanatında gürcü xalqının demokratiya və Avropa arzusunu dəstəklədikləri bildirilib və Gürcüstan hökumətinin ölkədə demokratik reqressiyaya səbəb olan hərəkətləri pislənilib.

“Biz gürcü xalqının demokratik və Avropa arzusunu dəstəkləyirik. Bu arzular Avropa ailəsinin bir hissəsi olmaq istəyini əks etdirir. Biz Gürcüstan hökumətinin reqressiyaya aparan bütün hərəkətlərini, vətəndaş cəmiyyətinə, mediaya və hökuməti tənqid edən insanlara qarşı hücumlarını pisləyirik. İfadə və sərbəst toplaşmaq azadlığı qorunmalıdır. Həddindən artıq zorakılıq barədə məlumatlar araşdırılmalıdır. Avropa standartlarına zidd olan qanunlar dəyişdirilməli, zəruri islahatlar prosesi bərpa edilməlidir”, – bəyanatda qeyd olunub.

Bəyanatda Gürcüstan hökumətinə müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqu bərpa etmək çağırışı edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=165233