Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 179 $▼1.53%
  • Ethereum1 907 $▼1.04%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Paris küçələrində skuterlərin kirayəsi qadağan olundu

image-skuter
Skuter
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransanın paytaxtı Parisdə elektrikli skuter icarəsi qadağan olunub.

Busaat.az xarici mənbəyə istinadən bildirir ki, bu səbəbdən səlahiyyətlilər xidmət göstərən “Dott”, “Lime” və “Tier Mobility” şirkətlərinə paytaxt küçələrində skuterlərini toplamaq üçün vaxt verib. Sahibkarlara ayırılan qanuni müddət gecə yarısı başa çatacaq.

Şəhərdə 2 min 500 parkinq sahəsində 15 min skuterlə şirkətlərin göstərdiyi xidmət turistlərin və gənclərin nəqliyyat üstünlükləri sırasında olmasına baxmayaraq, sözügedən minik vasitələri küçələrdə qalıb və qəzaya səbəb olub. Skuterlər piyada keçidlərinin qarşısını aldıqları üçün şəhər sakinləri reaksiya veriblər.

Parisdə elektrikli skuter icarəsi xidmətinin davam edib-etməməsi ilə bağlı aprel ayında keçirilən referendumda 89,3 faiz “yox” cavabını verib.

Beləliklə, Paris Avropada elektrikli skuterlərin kirayəsini qadağan edən ilk paytaxt şəhəri oldu. Bura şəxsi skuterlər daxil deyil.

Fransada ildə 2,5 milyon, Parisdə isə ayda 400 min insan elektrikli skuter xidmətindən faydalanır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120009