
Parisdə irqçiliyə qarşı nümayiş keçirilib
Fransanın paytaxtı Parisdə irqçilik və ifrat sağçı ideyalara qarşı nümayiş keçirilib.
Busaat.az xəbər verir ki, irqçilik və ayrı-seçkiliyə qarşı “SOS Racisme” assosiasiyası Fransa Tələbələrin Milli Birliyi (UNEF) və bir çox təşkilat Parisin Respublika meydanında irqçilik və ifrat sağçı ideyalara qarşı nümayiş keçirib.
Milli Assambleyada Fransa Əzmkar Partiyasından (LFI) qaradərili deputat Carlos Martens Bilongo nümayişdə çıxış edərək irqçiliyin cinayət təşkil etdiyini vurğulayıb və irqçilik, ksenofobiyaya boyun əyməmək lazım olduğunu söyləyib.
Busaat.az























