Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 658 $▲0.86%
  • Ethereum1 814 $▲2.56%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Parisdə maaşların artırılması tələbi ilə nümayiş keçirilib

image-16938692728764378121
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

 Fransanın paytaxtı Parisdə müxtəlif peşə sahibləri əmək haqlarının artırılması tələbi ilə nümayiş keçirib.

Busaat.az xəbər verir ki, ölkənin ən böyük ittifaqı olan CGT və Paris ətrafında ictimai nəqliyyatdan məsul qurum olan RATP işçilərini təmsil edən müxtəlif həmkarlar ittifaqları tətil elan edərək iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını tələb edib.

Bu çərçivədə Fransa Tələbələri Milli Birliyin (UNEF) üzvləri Parisdə keçirilən etiraz aksiyasına qatılıb.

Gərgin təhlükəsizlik tədbirlərinin görüldüyü nümayiş Cümhuriyyət meydanından başlayıb Opera meydanında yekunlaşıb.

RATP işçisi Nuranın Anadolu Agentliyinə verdiyi məlumata görə, iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirilən nümayişdə müxtəlif peşə sahibləri iştirak edib. Digər tərəfdən RATP-dəki tətil səbəbiylə Paris və ətrafında şəhərətrafı qatarlarda, metro və avtobus xidmətlərində fasilələr gün ərzində davam edib.

Nümayişçilərdən Youri adlı 21 yaşlı tələbə əsas tələblərinin inflyasiyaya qarşı maaş artımı olduğunu və pensiya yaşının aşağı salınmasını istədiyini bildirib. Youri Fransanın üzləşdiyi enerji böhranını və artan benzin qiymətlərini xatırladaraq inflyasiyanın bütün sektorlara yayıldığını müşahidə etdiyini ifadə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=90364