
Parkda silahlı hücum: 2 ölü
ABŞ-nin Luisvil şəhərində parkda baş verən silahlı hücumda 2 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, ötən gün yerli vaxtla saat 21:00 radələrində ABŞ-nin Kentukki ştatının Luisvill şəhərindəki Çikasau parkında atəş səsləri eşidilib.
Hücumdan sonra hadisə yerinə gələn polis 2 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə ağır yaralandığını müəyyən edib. Yaralılar Luisvil Universiteti Xəstəxanasına çatdırılıb.
Busaat.az























