Partlayışda yaralanan tələbələrin vəziyyəti açıqlandı

image-1632642511_xestexanaqqq1632643672backend

Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət alan tələbələrin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Busat.az-a verilən məlumata görə, partlayış zamanı xəsarət alan Pakistan və Hindistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:

“Hadisə zamanı evdə olan bədən xəsarəti almışların dördünün də vəziyyəti orta ağırdır. Üzlərində, boyunlarında, əllərində, ayaqlarında 2-ci və 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90