“Paşinyan bərbad hərbi-siyasi taktikası ilə böhranı bir qədər də dərinləşdirir” – DADP sədri

“Paşinyan bərbad hərbi-siyasi taktikası ilə böhranı bir qədər də dərinləşdirir” – DADP sədribackend

“Ermənistan-Azərbaycan sərhədində baş verən təxribat Paşinyan hakimiyyətinin səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanıb”.

Busaat.az xəbər verir ki, bunu 11 iyulun etibarən Tovuz rayonu istiqamətində Ermənistanın silahlı qüvvələrinin həm artilleriya, həm də tank atəşlərindən istifadə etməklə, növbəti dəfə atəşkəsi pozaraq mövqelərimizi atəşə tutmasına münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədrinə görə, Azərbaycana qarşı bu cür iddialar xəstə təxəyyülün “məhsul”udur:

” Məlum məsələdir ki, düşmən tərəfindən atəşkəs rejimi hər gün pozulur. Düzdür, əsas funksiyası məhz təmas xəttində atəşkəs rejiminin pozulması hallarının monitorinqinin aparılması olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, xüsusi səfir Andjey Kaprşik Ermənistan tərəfindən atəşkən hər gün pozulduğuna göz yumsa da, amma bu reallıqdır və bu həqiqəti heç kim dana bilməz. Lakin pandemiya şəraitində baş verən atəşkəs pozuntusu heç də əvvəllər vərdiş etdiyimiz pozuntular sıradan bir pozuntu deyildi. Budəfəki atəşkəs pozuntusu planlı, məqsədyönlü, ssenarili, sistemli bir təxribat idi”.

Əlisahib Hüseynova görə, pandemiya müharibəsinə uduzan Ermənistan Azərbaycana qarşı gerçək müharibəyə başlamaqla, vəziyyətdən çıxmağa çalışır:

“Paşinyan pandemiyanın Ermənistanı bu dərəcədə dərin bataqlığa sürükləyəcəyini gözləmirdi. Pandemiya “inqilabçı” Paşinyanla erməni cəmiyyəti arasında böyük uçurum və inamsızlıq, etimadsızlıq yaratdı. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Paşinyanın təcrübəsizliyi və səriştəsizliyi onsuz da mürəkkəb olan vəziyyəti bir qədər də gərginləşdirir. Paşinyan bu vəziyyətdən çıxmaq üçün təcili çıxış yolları axtarırdı. Ermənistan-Azərbaycan sərhədində baş verən təxribat məhz Paşinyan hakimiyyətinin xarici düşmən mövzusunu qabartmasına və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri bu yolla gündəmdən çıxarmasına, arxa plana atmasına hesablanıb”.

Paşinyanın hakimiyyətinin süqutu prosesi geridönməz xarakter aldığını qed edən Partiya sədri hesab edir ki, onun belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri boş bir xülyadır:

“Bu cəhdlər hər hansı bir müsbət nəticə verə bilməz. Paşinyan hökumətinin bu cür riyakar davranışı, xüsusən də Müdafiə naziri David Tonoyanın insident nəticəsində baş verən ölüm faktlarını gizlətməyə çalışması Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Paşinyan bu cür bərbad hərbi-siyasi taktikası ilə böhranı əksinə, bir qədər də dərinləşdirmiş oldu. Paşinyan bu cür yanlış taktikaları ilə hazırda Ermənistanda yaşanan gərginliyi bir qədər də qızışdırır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90