
Paşinyan Brüsselə gedib
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün axşam saatlarında Brüsselə işgüzar səfərə gedib.
Bu barədə Busaat.az Ermənistan mediasına istinadən xəbər verir.
Məlumata görə İyulun 15-də Nikol Paşinyanın əvvəlcə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşü planlaşdırılır. Daha sonra Paşinyanın Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüşü keçiriləcək.
Busaat.az























