Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıtması, bu gün real deyil.
BUSAAT.AZ xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, bu gün bu insanların qayıdışı real olsaydı, onlar Qarabağı tərk etməzdilər.
“Əgər Qarabağ erməniləri öz evlərinə qayıtmasalar, biz onların Ermənistanda qalmaları və ölkəmizdən mühacirət etməmələri üçün hər şeyi edəcəyik”, – Paşinyan vurğulayıb.
Paşinyan qeyd edib ki, Qarabağ erməniləri geri qayıtmasalar tezliklə Ermənistan vətəndaşlığı üçün müraciət edə və ölkədəki həyata tam inteqrasiya edə bilərlər.