Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.80 $▼0.72%
  • WTI neft84.11 $▼0.74%
  • Avropa qazı (TTF)83.68 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.179 $▲0.54%
  • Qızıl3 772 $▼0.39%
  • Gümüş45.85 $▲0.08%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda602.75 ¢▼0.41%
  • Bitcoin64 532 $▼0.53%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Paşinyan hakimiyyəti deputatlara qarşı

image-pas
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan rəhbərliyi nəyin bahasına olursa-olsun, “Ermənistan” fraksiyasını zərərsizləşdirməyə çalışır.

Busaat.az xəbər verir ki, bunu öz mənbələrinə istinadən “Joxovurd” qəzeti yazıb.

Nəşr bildirir ki, hakimiyyətin əsas məqsədi hazırda həbsdə olan millət vəkillərinin öz mandatlarından imtina etmələrinə və siyasətdən getmələrinə nail olmaqdır.

Mənbənin verdiyi məlumata görə, Ermənistan hakimiyyəti hazırda həbsdə olan sabiq deputat, həkim Armen Çarçyanın zərərsizləşdirilməsinə və onun siyasətdən sıxışdırılmasına başlayıb. Qeyd olunur ki, A.Çarçyanın vəziyyəti çox ağır olaraq qiymətləndirilsə də, o, hələ də həbsdə saxlanılır.

Ermənistan rəhbərliyinə yaxın olan bir mənbə bildirib ki, hakimiyyət bu yaxınlarda Çarçyanı siyasətdən getməyə razı salmaq üçün yanına bir nəfər göndərib. Göndərilən şəxs isə qondarma rejimin “Təhlükəsizlik Şurası”nın “katib”i Vitaliy Balasanyan olub.

Bildirilir ki,  Balasanyan Çarçyanı deputat mandatından imtina etməyə və tibb ilə məşğul olmağa çağırıb. Balasanyan qeyd edib ki, Çarçyan siyasətdən getməyə razı olduğu təqdirdə hakimiyyət ona qarşı başladılan cinayət işini unudacaq. Buna baxmayaraq, Çarçyan bu təkliflə razılaşmayıb.

Qəzet, həmçinin qeyd edir ki, məsələni araşdırmaq üçün Vitaliy Balasanyan və Çarçyanın vəkili Erik Aleksanyan ilə əlaqə saxlamaq mümkün olmayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=57570