Paşinyan istefa verəcək: “Baş nazirin sonuncu manevri”

image-pasinyan-3backend

Ermənistanın baş naziri Nikol Paşinyan aprel ayında vəzifəsindən istefa verəcək. Paşinyan bu barədə Armavir vilayətində əhali ilə keçirdiyi görüşdə məlumat verib.

Erməni nazir bu addımı Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı atacağını vurğulayıb: “Aprel ayında vəzifəmdən istefa verəcəyəm. Bu, növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar olacaq. Seçkilərə qədər yenə də baş nazir vəzifələrini icra edəcəyəm”.

Mövzunu Busaat.az-a dəyərləndirən politoloq Nurlan Qələndərli bildirib ki, vətəndaş itaətsizliyi, müxalifətin etiraz aksiyaları və ordu rəhbərliyi ilə hakimiyyət arasında qarşıdurma fonunda cərəyan edən proseslər Ermənistanda siyasi xaosun dərinləşərək böhran həddinə çatmasını şərtləndirib: “Rəqiblərinə və bütövlükdə etirazçı mövqeyindən çıxış edənlərə qarşı müxtəlif təzyiq üsullarından, repressiya metodundan istifadə edən Paşinyanın sonuncu manevri növbədənkənar seçkilərin təyin edilməsi oldu. Beləliklə, məğlub ölkədə iqtidar bununla xaotik proseslərin və ictimai-siyasi pressinqin fonunda resurslarını səfərbər etmək və hakimiyyətinin dayaqlarını möhkəmləndirmək üçün “siyasi taymaut” götürə bildi”.

“Artıq siyasi gündəmi müəyyən qədər dəyişməyə nail olan və proseslərin məcrasını başqa yönə çevirmək istiqamətində bir neçə addım irəliləyən Paşinyan iqtidarının yeni hədəfi növbədənkənar seçkilər vasitəsilə rəqiblərini böyük ölçüdə neytrallaşdırmaqdır. Aprel ayında istefa verəcəyini və bu addımın formal xarakter daşıdığını bəyan edən Paşinyan daxili siyasi situasiyanı müəyyən qədər öz lehinə çevirə bilib. Müxalifətin ciddi ictimai dəstək ala bilməməsi və siyasi passivliyi Paşinyan hakimiyyətinə seçkiöncəsi situasiyanı nəzarətdə saxlamağa imkan verir”-deyə, Qələndərli vurğulayıb.

image-nurlan-q

O, hazırkı iqtidarın növbədənkənar seçkilərdə rəqiblərini “siyasi ofsayd” vəziyyətinə salmaqla, qalib tərəf kimi çıxacaqğını düşündüyünü əlavə edib: “Amma bununla yanaşı, məğlub Ermənistanda qarşı-qarşıya duran tərəflər arasında ziddiyyətlərin davam edəcəyini, siyasi xaosun dərinləşəcəyini, konfrontasiya hallarının müşahidə olunacağını proqnozlaşdırmaq olar”.

Müəllif: Busaat.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90