Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.44 $▼0.63%
  • WTI neft84.66 $▼0.95%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.162 $▼0.94%
  • Qızıl3 786 $▼1.13%
  • Gümüş45.74 $▼2.38%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.25 ¢▼0.86%
  • Bitcoin64 462 $▼0.63%
  • Ethereum1 805 $▼0.99%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Paşinyan istefa versin deyə aclıq aksiyasına başladı

image-1636618233-744291-mger-450x250
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanda müğənni və “Millətin səsi” partiyasının sədri Mger Mesropyan İrəvanda aclıq aksiyasına başlayıb.

Busaat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Mesropyan ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə aclıq aksiyası keçirir.

“Rəsmi şəkildə bəyan edirəm ki, noyabrın 10-dan xalqımız naminə aclıq aksiyasına başlayıram. Məqsədim Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasıdır. Mən aclıq aksiyamı yalnız Baş nazir istefa verdiyi təqdirdə dayandıracağam”, – deyə Mesropyan feysbuk hesabında yayımladığı videomüraciətdə qeyd edib.

O, həmçinin Paşinyanı məğlubiyyət simvolu adlandırıb.

Qeyd edək ki, “Millətin səsi” partiyası 2021-ci ilin aprelində təsis edilib və parlamentdənkənar qüvvə olaraq fəaliyyət göstərir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=62885