
Paşinyan Kişinyova gedib
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla Moldovaya işgüzar səfərə gedib.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edəcək. Sammit çərçivəsində beynəlxalq tərəfdaşlarla ikitərəfli danışıqların aparılması gözlənilir.
Qeyd edək ki, Kişinyovda Ermənistanın baş naziri, Fransa prezidenti, Almaniya kansleri, Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycan prezidenti arasında beştərəfli görüş keçiriləcək.
Busaat.az























