Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.78 $▼3.99%
  • WTI neft82.09 $▼3.13%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.385 $▲7.05%
  • Qızıl3 741 $▼1.20%
  • Gümüş45.41 $▼0.88%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 827 $▼3.15%
  • Ethereum1 772 $▼2.80%
  • S&P 5007 324▼0.23%
10°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

“Paşinyan könüllü getməlidir, əks halda...” - Şahnazaryan

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Vazgen Manukyan Baş nazir postuna yalnız ən uyğun deyil, həm də ən effektiv namizəddir, çünki biz məğlubiyyətin davam etdiyi bir vəziyyətdəyik, itkilər davam edir və bizi yeni böhranların gözlədiyi qaçılmazdır”.

Busaat.az xəbər verir ki, bu sözləri “News.am”a müsahibəsində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi David Şahnazaryan deyib.

Onun sözlərinə görə, Ermənistanın dövlətçiliyi və təhlükəsizliyi təhlükə altındadır, bu tənəzzülün qarşısını almaq lazımdır, bunu isə yalnız böhran əleyhinə hökumət edə bilər.

Şahnazaryan qeyd edib ki, Paşinyan öz siyasəti ilə müharibəni qaçılmaz etdi:

“Bu geosiyasi inkişaflarla bağlı bizə böhran əleyhinə hökumət lazımdır, onun proqramları və fəaliyyəti iki prinsip – vətənpərvərlik və praqmatizm əsasında olacaq”.

MTX-nin sabiq rəhbəri hesab edir ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları bərpa etməlidir, ancaq indiki hakimiyyətin dövründə buna yol vermək olmaz. Onun sözlərinə görə, Paşinyan könüllü getməlidir, əks halda təlatümlər yalnız Ermənistan üçün deyil, bütünlükdə region üçün taleyüklü ola bilər

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=26898