Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft91.85 $▼0.14%
  • WTI neft85.73 $▼0.10%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.260 $▼0.82%
  • Qızıl3 977 $▼0.14%
  • Gümüş51.28 $▼0.25%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda602.00 ¢▲0.46%
  • Bitcoin73 485 $▼0.60%
  • Ethereum2 042 $▼0.58%
  • S&P 5007 619▲1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

Paşinyan onu partiyasından qovdu

image-n1jpg-1733289865
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın hakim “Mülki müqavilə” Partiyası deputat Ovik Ağazaryanı sıralarından xaric edib.

Busaat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə partiya məlumat yayıb.

“İdarə Heyətinin qərarı ilə Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə “Mülki müqavilə” Partiyasından xaric olunub”, – məlumatda bildirilir.

Daha əvvəl “Mülki müqavilə” fraksiyasının üzvü Ovik Ağazaryan baş nazir Nikol Paşinyanın mandatından imtina xahişini rədd edib.

Paşinyan İctimai Televiziyaya müsahibəsində deputat Ovik Ağazaryanın onun tövsiyəsini dinləyərək, mandatından imtinasına ümid etdiyini deyib. O, digər deputat Narek Zeynalyana da oxşar məsləhətlər verib. Paşinyan xatırladıb ki, hər iki parlamentari İstintaq Komitəsinin keçmiş rəhbəri Arqişti Kyaramyanla bağlı qalmaqalda iştirak ediblər.

Paşinyan xatırladıb ki, o, əvvəllər Kyaramyana istefa verməyi təklif edib. O, eyni səbəbdən deputatlara səlahiyyətlərini tərk etməyi məsləhət görüb. Zeynalyan artıq bu xahişi yerinə yetirib, Ağazaryan isə imtina edib.

Ağazaryan artıq İstintaq Komitəsinin keçmiş rəhbəri ilə bağlı iş üzrə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qarşısında ifadə verib. İstintaq çərçivəsində onun telefonu müsadirə edilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154652