
Paşinyan Rusiyaya gedib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyanın səfəri iyunun 7-dən 9-dək davam edəcək.
Baş nazir Aİİ Hökumətlərarası Şurasının, eləcə də MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclaslarında iştirak edəcək.
Bundan əlavə, Nikol Paşinyan Avrasiya Konqresində iştirak edəcək.
Busaat.az























