Paşinyanın hərbi panteona səfəri etirazla qarşılandı

image-pasinyanbackend

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün ölkənin Müstəqillik Günü ilə əlaqədar olaraq “Yerablur” hərbi panteonuna səfər edib. Paşinyanla yanaşı, Ermənistan Prezidenti Armen Sarkisyan və digər vəzifəli şəxslər də panteona gedib.

Busaat.az  erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan panteona gəlməzdən əvvəl polis jurnalistlərin işinə mane olmağa başlayıb və onların məmurlara yaxınlaşmasına icazə verməyiblər. Bundan əvvəl isə jurnalistlər rahatlıqla öz fəaliyyətlərini icra ediblər.

Bildirilir ki, Nikol Paşinyan panteona gəldikdə isə polislərin bu davranışlarının səbəbi aydın olub. Belə ki, bir sıra vətəndaşlar, əsas olaraq da 44 günlük müharibədə ölən hərbçilərin yaxınları Paşinyanın panteona səfərinə öz etirazlarını bildirməyə başlayıblar. Onlar, həmçinin Baş nazirə qarşı tənqid xarakterli şüarlar da səsləndiriblər. Polis əməkdaşları isə öz növbəsində jurnalistlərə hadisəni lentə almağa icazə verməyiblər.

Bununla yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları müharibədə ölən bir hərbçinin atası Armen Qalstyanı “Yerablur” panteonunun ərazisindən uzaqlaşdırıblar. Buna səbəb isə Qalstyanın Paşinyanın səfərinə kəskin etiraz etməsi olub. Ölən hərbçinin atası bildirib ki, Nikol Paşinyanın panteonu ziyarət etməyə mənəvi haqqı yoxdur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90