Paşinyanın iflasa uğradığını bildirib – Zurabyan

Paşinyanın iflasa uğradığını bildirib – Zurabyanbackend

“Erməni Milli Konqresi”nin üzvü Levon Zurabyan Ermənistanın Baş Naziri Nikol Paşinyanın BBC-də yayımlanan “Hard Talk” verilişinə müsahibəsini tənqid edib. Busaat.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verib.

Siyasətçi feysbuk səhifəsində yazır ki, o, Paşinyanın müsahibəsindən çox ağır təəssürat alıb və onun iflasa uğradığını bildirib. Bunun bir neçə səbəbi var – yetəri səviyyədə olmayan ingilis dili, cavabların məzmunu, Baş Nazirin indi bəraət qazandırmaq istədiyi əvvəlki addımları, Qarabağ məsələsinin mahiyyətini bilməməsi, münaqişənin həlli ilə bağlı şəxsi təsəvvürün olmaması.

“Erməni Milli Konqresi”nin üzvü qeyd edir ki, nə Paşinyan, nə də bir neçə ay əvvəl verilişdə qonaq olan XİN başçısı münaqişənin mahiyyətini düzgün ifadə edə bilməyiblər.

O hesab edir ki, Baş Nazir Rusiya ilə NATO arasında seçim məsələsinə də düzgün cavab verə bilməyib. Əslində, heç bir seçim yoxdur. Rusiya ilə hərbi ittifaqın alternativi yoxdur, çünki NATO təhlükəsizlik kollektiv sistemi kimi Cənubi Qafqaz ölkələri üçün (hətta təşkilata daxil olmağa çalışan Gürcüstan üçün) əlçatmazdır.

Zurabyan yazır ki, Ermənistanın imici baxımından, yaxşı olardı ki, bu müsahibələr baş tutmayaydı.

Xatırladaq ki, Paşinyanın BBC-yə müsahibəsi avqustun 14-də yayımlanıb. Orada Qarabağ, koronavirus ilə bağlı daxili siyasət, Ermənistanın eks-prezidenti Robert Koçaryana qarşı cinayət işi, Ermənistanın geosiyasi seçimi ilə bağlı məsələlər müzakirə olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90