Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 745 $▲0.99%
  • Ethereum1 817 $▲2.74%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

“Paşinyanın İrana səfəri iki ölkə münasibətlərinin inkişafında dönüş nöqtəsi olacaq” - Rəisi

image-1096188
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İran və Ermənistan arasında ticarət əlaqələri son aylarda 43% artıb.

Busaat.az xəbər verir ki, bu barədə İran prezidenti İbrahim Rəisi Tehranda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

İran prezidenti deyib ki, şübhəsiz ki, Ermənistanın baş nazirinin İran İslam Respublikasına səfəri iki ölkə arasındakı münasibətlərin inkişafında dönüş nöqtəsi olacaq.

Qonşuluq siyasətinə önəm verdiklərini qeyd edən Rəisi əlavə edib ki, İran və Ermənistan arasında iqtisadi, ticarət və təhlükəsizlik əlaqələrinin inkişafı üçün belə ikitərəfli görüşlərin keçirilməsi gündəmdədir: “Məqsədimiz ticarət əlaqələrini üç milyard dollara çatdırmaqdır ki, buna iki ölkənin iradəsi ilə nail olmaq olar”.

Rəisi vurğulayıb ki, iki ölkə arasında yaxşı münasibətlər şübhəsiz ki, regionda və dünyada daha yaxşı münasibətlərə gətirib çıxaracaq.

O, Qafqaz regionunun İranın tarixi, sivilizasiyası və mədəniyyətinin bir parçası olduğunu bildirərək, Qafqaz regionunda baş verən proseslərin, təhlükəsizliyin və sülhün İran üçün çox önəmli olduğunu deyib.

Regional problemlərin regional aktyorlar tərəfindən həll edilməli olduğunu vurğulayan Rəisi, xarici qüvvələrin bölgəyə hər cür müdaxiləsini əlavə problem olaraq qiymətləndirib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89222