Paşinyanın qalibiyyəti: “Bu seçki Ermənistanı Rusiyaya yaxınlaşdıra və ya uzaqlaşdıra da bilər”

Paşinyanın qalibiyyəti: “Bu seçki Ermənistanı Rusiyaya yaxınlaşdıra və ya uzaqlaşdıra da bilər”backend

“Seçkidən sonrakı proseslər seçki günü ilə müqayisədə vəziyyəti daha da mürəkkəbləşdirə bilər”.

Busaat.az xəbər verir ki, bunu Ermənistanda baş nazirin yenidən Nikol Paşinyan seçilməsinə münasibət bildirən Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilərin ölkədəki mövcud böhranı daha da dərinləşdirə biləcəyi gözləniləndir:

“Ermənistan tarixinin ən mürəkkəb seçkiləri keçirilib. Bu seçkilərin Ermənistanda yaranan siyasi böhrana son qoyub-qoymayacağı maraq doğuran məqamlardan biridir. Lakin görünür ki, bir seçki ilə buna nail olmaq asan deyil. Əksinə hətta bu seçkilər ölkədəki mövcud böhranı daha da dərinləşdirə və uzada bilər. Seçkiyə qoşulan 21 partiya və 2 blokun demək olar ki, heç biri ölkənin hazırkı sosial-iqtisadi problemlərinin həllinə dair platformalarla çıxış etmədi.

Əsas rəqiblər olan Paşinyan və Koçaryan komandası arasında rəqabət Azərbaycana və Türkiyəyə düşmənçilik toxumlarının səpilməsi üzərində quruldu ki, bu da cəmiyyəti daha da radikallaşdırdı. Odur ki, seçkidən sonrakı proseslər seçki günü ilə müqayisədə vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Əgər tərəflər inkar üzərində siyasət qurarsa, bu Ermənistanda siyasi sabitliyə deyil, sabitliyin pozulmasına gətirib çıxaracaq. Bu seçki Ermənistanı Rusiyaya yaxınlaşdıra və ya uzaqlaşdıra da bilər”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90