
Pekində daşqın təhlükəsi - 31 mindən çox insan təxliyə edilib
Çin hakimiyyəti güclü yağışların yaratdığı daşqın riski ilə əlaqədar təcili tədbirlər görüb.
Busaat.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində 31 mindən çox sakin təxliyə edilib.
Qeyd edilir ki, ən güclü leysan Pekinin cənub-qərb hissəsində qeydə alınıb. Belə ki, Fanqşan rayonunun bəzi yaşayış məntəqələrinə sutka ərzində 350 mm-dən çox yağıntı düşüb.
Qeyd edək ki, Pekinin Beynəlxalq Hava Limanı son 24 saat ərzində 92 reysi ləğv edib.
Busaat.az























