Pens və xanımının analiz cavabları məlum oldu

Pens və xanımının analiz cavabları məlum oldubackend

ABŞ-ın vitse-prezidenti Mayk Pens və həyat yoldaşı Karen Pens koronavirusla bağlı analiz verib. 

Busaat.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki şəxsin test nəticələri neqativ çıxıb. Bu barədə məlumatı M.Pensin mətbuat sözçüsü Keyt Miller rəsmi tvitter hesabından yayımlayıb. O, hər iki şəxsin nəticələrinin neqativ çıxmasından məmnun olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl vitse-prezidentin ofisində çalışanlardan birinin koronavirus testinin nəticələri müsbət çıxmışdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90