Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 502 $▼3.99%
  • Ethereum1 834 $▼4.86%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Pentaqon ABŞ müdafiə şirkətlərinə 9,7 milyard dollar ayırıb

image-default-2023-08-02t183509-001
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Pentaqon ABŞ Konqresinin ayırdığı 26 milyard dollardan 9,7 milyard dolları silah ehtiyatını artırmaq üçün Amerika müdafiə şirkətlərinə köçürüb.

Busaat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, planlaşdırılan 6 milyard dollardan 2,3 milyard dolları Lockheed Martin şirkətinə köçürülüb, vəsait xüsusilə GLMRS sistemi üçün idarə olunan raketlərin istehsalına yönəldiləcək. Lockheed Martin və RTX Corporation arasında birgə müəssisə Javelin raket sistemlərinin təkmilləşdirilməsi üçün 1,9 milyard dollarlıq büdcədən 1,4 milyard dollar əldə edib.

RTX həmçinin “Patriot” zenit-raket sistemləri və “Stinger” hava hücumundan müdafiə sistemləri üçün əvəzedici raketlərin istehsalına görə,  əlavə maliyyə vəsaiti alıb.

Qeyd edək ki, bu günə qədər Pentaqon ABŞ şirkətlərinə Ukraynanın hərbi ehtiyaclarını qarşılamaq üçün, Kiyevə hava hücumundan müdafiə sistemləri və sursat tədarükü üçün 7 milyard dollar ayırıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=116939