Pentaqon rəhbərinin son vəziyyəti açıqlandı

image-ostin-1backend

Hazırda xəstəxanada müalicəsi davam etdirilən ABŞ-nin müdafiə naziri Lloyd Ostinin son vəziyyəti açıqlanıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder danışıb.

Onun sözlərinə görə, Ostin reanimasiya şöbəsindən çıxarılsa da, hələ də özünü pis hiss edir. Onun xəstəxanadan nə vaxt buraxılacağı məlum deyil.

Xatırladaq ki, Pentaqon rəhbəri Vaşinqton yaxınlığında Uolter Ridd Milli Tibbi Mərkəzində müalicə alır. Yanvarın 1-i ümumi tibbi müayinədən sonra 70 yaşlı Ostinin halı pisləşib. Pentaqon bu barədə məlumatı yanvarın 5-i yalnız bəzi məmurlara və konqresmenlərə bildirib. “NBC”nin məlumatına görə, nazir 4 gün reanimasiyada qalıb. Sözügedən məlumatın bir müddət gizli saxlanılması ölkədə müzakirələrə səbəb olub. Pentaqon nazirin xəstəxanaya yerləşdirilməsi barədə məlumatı vaxtında elan etmədiyindən Ağ Ev araşdırma aparacaq.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki