
Pentaqon TƏSDİQLƏDİ: Ukraynaya HIMARS üçün əlavə sursat göndəriləcək
ABŞ yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya HIMARS döyüş sursatı, NATO-nun 155 millimetrlik mərmiləri və PUA-lara qarşı əks-tədbir sistemləri göndərəcək.
Busaat.az xəbər verir ki, bu barədə Pentaqon bəyanat dərc edib.
Bəyanatda qeyd edilib ki, bu təhlükəsizlik yardım paketi Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün yeni imkanlar verəcək. Yardım paketinə aşağıdakılar daxildir: Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) üçün əlavə döyüş sursatı; 80.000 155 millimetrlik artilleriya mərmisi; PUA-lara qarşı mübarizə üçün avadanlıqlar.
HIMARS (High Mobility Artilleriy Rocket System) ABŞ-da BAE Systems və Lockheed Martin şirkətləri tərəfindən 1996-2000-ci illərdə işlənib hazırlanmışdır və 2003-cü ildən istehsal olunur. O, ABŞ ordusunun FMTV üç oxlu təkərli şassisinə əsaslanır və altı raket daşıya bilir.
Busaat.az























