
Pentaqon ukraynalı əsgərlərə ABŞ-da Patriot təlimi keçəcək
Pentaqon gələn həftə Oklahomadakı Fort Sill bazasında Ukrayna əsgərlərinə Patriot təlimi verməyə başlayacaq.
Busaat.az xəbər verir ki, bunu BŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder açıqlayıb.
“Mən təsdiq edə bilərəm ki, Ukrayna qüvvələrinin “Patriot” hava hücumundan müdafiə sistemi təlimləri gələn həftə Fort Silldə başlayacaq” – deyə, Rayder gündəlik mətbuat konfransında deyib.
Rayder bildirib ki, təlimlərə 90-100 Ukrayna əsgəri qatılacaq və təlimdə “Patriot” müdafiə sisteminin istismarı və saxlanmasına diqqət yetiriləcək.
Təlimlərin bir neçə aya tamamlanacağını bildirən Ryder qeyd edib: “Patriot döyüş meydanında olduğu zaman bu, Ukraynanın hava hücumundan müdafiə imkanlarını artıracaq və Ukrayna xalqının Rusiyanın davam edən hava hücumlarına qarşı özünü müdafiə etməsi üçün mühüm imkanlar yaradacaq”.
ABŞ administrasiyası dekabrın 21-də Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi verəcəyini açıqlayıb.
Busaat.az























