Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 220 $▼1.47%
  • Ethereum1 907 $▼1.07%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Pentaqondan Türkiyənin Suriya əməliyyatı barədə: Prosesləri izləyirik

image-pentaqon
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçünün müavini Sabrina Sinq Suriyadakı hadisələri izlədiklərini bildirib və gərginliyin azaldılmasına çağırıb.

Busaat.az xəbər verir ki, Sinq gündəlik mətbuat konfransında Türkiyənin PKK/YPG terror təşkilatına qarşı Pəncə-Qılınc əməliyyatı və PKK/YPG-nin hücumları ilə bağlı sualları cavablandırıb.

“Biz meydanda baş verənləri izləməyə davam edirik. Nazirlik olaraq bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq” – deyə, Sinq deyib.

Sinq ABŞ-ın regionda varlığı məsələsinə toxunub: “Keçən həftə Türkiyəyə hücum edildi, sonra İraq və Suriyada Türkiyənin hava hücumları gördük. Biz tərəfləri bütün münaqişələri dayandırmağa çağırırıq. Bilirsiniz, oradakı ABŞ ordusunun məqsədi İŞİD-i daimi olaraq məğlub etməkdir. İndiki məqamda bu hücumlar bizi əsas məqsəddən yayındırır və beynəlxalq koalisiyanın İŞİD-i məğlub etməkdə qazandığı uğurları riskə atır”.

Digər tərəfdən, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi bu ifadələri işlədib: “Türkiyə, xüsusən də cənubunda qanuni terror təhlükəsindən əziyyət çəkməyə davam edir. Təbii ki, onların özlərini və vətəndaşlarını müdafiə etmək hüququ var”.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91495