
Pentaqonun sızdırılmış sənədləri İsrailin Kiyevə silah yardımına dair ssenariləri təsvir edir - MEDİA
İnternetdə yayılan Pentaqonun və ABŞ kəşfiyyatının məxfi sənədləri bu ölkənnin İsrailin Ukraynanı öldürücü silahlarla təmin edəcəyinin potensial ssenarilərini əks etdirir.
Busaat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, “İsrailin Ukraynaya öldürücü yardım göstərməyin yolları” başlıqlı sənədlərdən birində deyilir: Yəhudi dövləti Rusiya ilə münasibətlərində ABŞ-nin artan təzyiqi və ya qəbul edilən tənəzzül altında ölümcül yardım göstərməyi nəzərdən keçirəcək”.
NBC News isə, öz növbəsində, fevralın 28-də hazırlanmış sənəddə İsraili Ukraynaya hərbi yardım göstərməyə sövq edə biləcək hipotetik vəziyyətlərin, eləcə də Kiyevə bu cür tədarükləri təşkil edə biləcək silah növlərinin qiymətləndirildiyini qeyd edib. Alternativ ssenariyə görə, Moskvanın İran və Suriyaya dəstəyi İsraili Ukraynaya ölümcül yardım göstərməyə vadar edə bilər.
Qeyd edək ki, “Twitter” və “Telegram”da silahların tədarükü cədvəlləri və qoşunların sayı barədə məlumatları açıqlayan çoxsaylı fayllar yerləşdirilib.
Busaat.az























