Məzmuna keç
  • Brent neft113.43 $▲1.33%
  • WTI neft104.12 $▲1.14%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.68%
  • Gümüş49.28 $▼4.20%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.49%
  • Bitcoin77 675 $▲0.32%
  • Ethereum2 256 $▲0.14%
  • S&P 5007 580▼1.83%
20°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Hadisə

Perinatal Mərkəzində yanğın - VİDEO + YENİLƏNİB

image-yan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Respublika Perinatal Mərkəzində yanğın olub.

Busaat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Yanğınla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

***

Yanğını FHN-in yanğından mühafizə bölmələri söndürüb.

Əlavə məlumat veriləcək.

***

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.

Bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerini mühafizə edirlər.

“Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb. Ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə – xilasetmə tədbirlərində fəal iştirak ediblər”, – deyə məlumatda qeyd olunub.

***

Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Bildirilib ki, hazırda Bakı şəhər prokuroru Elşən Abbasov və Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları hadisə yerindədirlər.

Qeyd olunub ki, zəruri istintaq hərəkətləri aparılır, ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.




MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=132254