
Peruda avtobus uçurumdan aşdı - 15 ölü
Perunun şimal-qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 15 həlak olub.
Busaat.az xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
Məlumata görə, San Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub. Qəza nəticəsində 20-dən çox insan yaralanıb.
Hadisənin səbəbləri barədə Peru Quru Nəqliyyat İdarəsi araşdırmaya başladığını açıqlayıb.
Busaat.az























