
Peruda silahlı hücum: 7 polis öldürüldü
Perunun cənubundakı Kusko bölgəsində yerləşən Natividad qəsəbəsində silahlı hücum nəticəsində 7 polis əməkdaşı həlak olub.
Busaat.az xəbər verir ki, polis mikroavtobusunda olan təhlükəsizlik qrupu pusquya salınıb.
Uzun lüləli silahlarla həyata keçirilən hücumda 7 polis dünyasını dəyişib.
Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, hadisənin araşdırıldığı və həlak olan polis əməkdaşlarının ailələrinə başsağlığı verildiyi bildirilib.
Busaat.az























