
Perunun Konstitusiya Məhkəməsinin keçmiş prezidentlə bağlı qərarı açıqlanıb
Perunun Konstitusiya Məhkəməsi keçmiş prezident Alberto Fuximorini dərhal azad etmək qərarına gəlib.
Busaat.az xəbər verir ki, məhkəmə 1990-cı illərdə 25 Perulu vətəndaşının ölümünə görə 25 il həbs cəzasına məhkum edilmiş keçmiş prezident humanitar əsaslarla dərhal azadlığa buraxılmasına qərar verib.
2017-ci ildə məhkəmə keçmiş prezidentin humanitar əsaslarla azadlığa buraxılmasına icazə verən amnistiya qərarı çıxarsa da, sonradan ləğv edilib.
85 yaşlı Fuximori 2009-cu ildə insan haqlarını pozmaqda ittiham edilərək 25 il həbs cəzasına məhkum edilib. O, 1990-2000-ci illər arasında hökumətin Kommunist Parlaq Yol üsyançılarına qarşı mübarizə apardığı dövrdə hərbi ölüm dəstələri tərəfindən 25 Perulunun öldürülməsinə təhrik etməkdə ittiham olunurdu.























