Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 179 $▼1.53%
  • Ethereum1 907 $▼1.04%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Peskov: "Rusiya-Türkiyə-Qətər üçtərəfli taxıl tədarükü danışıqlarından hələlik konkret nəticə yoxdur"

Dmitri Peskov
Dmitri Peskov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya, Türkiyə və Qətər arasında taxıl tədarükünə dair sazişlər üzrə müzakirələr yaxın gələcəkdə hökumət səviyyəsində ən yüksək səviyyədə davam edəcək, lakin hələlik danışıqlardan konkret nəticə yoxdur.

Busaat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Hələlik bu müzakirənin konkret nəticəsi yoxdur, lakin şübhəsiz ki, bu mövzuda müzakirələr həm bu gün (Türkiyə xarici işlər naziri Hakan Fidanın səfəri zamanı), həm də yaxın gələcəkdə ən yüksək səviyyədə aparılacaq. Bunun nə dərəcədə məhsuldar olacağını söyləmək çətindir. Lakin mən bir daha deyirəm ki, məsuliyyətli taxıl tədarükçüsü olan Rusiya belə müzakirələrdə iştirak edir”, – Peskov söyləyib.

Kreml rəsmisi həmçinin Rusiya prezidenti Vladimir Putinin Moskvanın “Rusiya ilə bağlı bütün öhdəlikləri yerinə yetirən kimi taxıl müqaviləsini dərhal bərpa etməyə” hazır olduğu sözlərini təkrarlayıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fidan arasında Moskvada danışıqlar ərəfəsində bildirilib ki, tərəflər Putinin Qətərlə bir milyon ton Rusiya taxılının Türkiyəyə güzəştlə tədarükünü təşkil etmək təşəbbüsünün həyata keçirilməsi parametrləri üzərində işləmək niyyətindədirlər. Maliyyələşdirmədən sonra bu cür məhsulların türk şirkətlərində emal edilməsi, ehtiyacı olan ölkələrə göndərilməsi həyata keçirilə bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119992