
Peskov: Taxıl müqaviləsi üzrə təmaslar davam edir
Taxıl müqaviləsi üzrə təmaslar davam edir, bir çox açıq suallar qalır.
Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
“Razılaşmanın bizə aid olan maddələrinin reallaşması ilə bağlı çoxlu suallar var. İndi qərar verilməlidir”, – Peskov deyib.
Qeyd edək ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyasına İstanbulda birgə koordinasiya mərkəzi cavabdehdir.
Busaat.az























