Məzmuna keç
  • Brent neft88.87 $▼3.89%
  • WTI neft82.03 $▼3.20%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.414 $▲7.97%
  • Qızıl3 734 $▼1.40%
  • Gümüş45.01 $▼1.75%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 528 $▼3.61%
  • Ethereum1 754 $▼3.78%
  • S&P 5007 324▼0.23%
7°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Peskovdan Navalnının Putinlə bağlı videosuna sərt reaksiya

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Aleksey Navalnının “Putinin sarayı” ilə bağlı araşdırmasında saf cəfəngiyatdan başqa bir şey yoxdur”.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınır – red.) “Putin sarayı” ilə əlaqəli “yalançı istintaq” məqsədi əhalinin pulunu mənimsəməkdir.

Prezidentin mətbuat katibi FBK-nin yayımladığı və yutubda artıq 37 milyon dəfə izlənilən videoda əsassız ifadələr, cəfəngiyat və uydurmadan başqa bir şey olmadığını qeyd edib.

“Bu möhtəşəm materialın sonunda pul köçürülməsi üçün hesab nömrələri göstərilir. Mənə elə gəlir ki, bu, yəqin ki, bu cür materialların, belə yalançı araşdırmaların əsas vəzifəsidir. Məhz bu elə əsas dələduzluqdur. Xüsusilə bu qədər baxış olduğu üçün bütün vətəndaşları xəbərdar edirik: pulu həqiqətən belə fırıldaqçılara köçürmədən əvvəl düşünün”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, rus müxalif bloqqer Aleksey Navalnı 19 yanvarda “Putinin sarayı” adlı araşdırma videosu yayımlayıb. Videoda Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilində tikdirdiyi iddia olunan dəbdəbəli imarətdən söz açılır. Araşdırmada iddia olunur ki, Qara Dənizin eksklüziv Gelencik buxtasındakı imarətin qiyməti azı 100 milyard rubldur (1.35 milyard dollar).

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=32240