
Petteri Orpo, Finlandiyanın yeni baş naziri olub
Petteri Orpo Finlandiyanın yeni baş naziri seçilib. Ümumi seçkilərdə nəticələrə görə, mühafizəkar Milli Koalisiya Partiyası 20,8 faiz səslə seçkidə qalib gəlib.
Busaat.az bu barədə TRT Haber-ə istinadən xəbər verir.
İfrat sağçı Həqiqi Finlər Partiyası səslərin 20 faizini toplayıb.
Baş nazir Sanna Marinin rəhbərlik etdiyi Sosial Demokrat Partiyası isə 19,9 faiz səs toplaya bilib.
Müvafiq olaraq, 200 yerlik Finlandiya parlamentində Milli Koalisiya Partiyası 48, Əsl Finlər Partiyası 46, Sosial Demokrat Partiyası isə 43 yer qazanacaq.
Mərkəz Partiyası 23, Yaşıllar İttifaqı 13, Sol Alyans isə 11 deputatla təmsil olunacaq.
Qalan yerlər digər partiyalar və müstəqil namizədlər arasında bölüşdürüləcək.
Busaat.az























