Piyadanı yarım saata iki maşın vurdu, sonuncuda öldü

image-meyit__2_backend

Bakı-Quba yolunda dəhşətli hadisə baş verib.

Busaat.az xəbər verir ki, dekabrın 25-də saat 19:30 radələrində Bakı-Quba yolunun 37-ci kilometrində Vüsal Xangəldiyev idarə etdiyi “Ford Tranzit” markalı yük maşını ilə yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Oruc Osmanovu vurub.

Nəticədə piyada xəsarət alaraq yolun asfalt örtüyünün üzərində qalıb.

Təxminən yarım saat sonra isə Elşən Cəfərov adlı şəxs idarə etdiyi “QAZ 31” markalı avtomobillə yolun üzərində qalmış O.Osmanovu vurub. Bu dəfə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90