Avqustun 20-də polis əməkdaşları Bakı və rayonlarda 1 tapança, 2 tüfəng, 1 patron darağı təhvil götürüblər.
Busaat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.