Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.13 $▼0.74%
  • WTI neft88.06 $▼0.56%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.155 $▼2.32%
  • Qızıl3 888 $▲0.03%
  • Gümüş47.77 $▼2.75%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda588.75 ¢▼0.76%
  • Bitcoin65 176 $▼0.00%
  • Ethereum1 829 $▲0.09%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Hadisə

Polis qohumunun 55 min manatını oğurlayan şəxsi saxladı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində martın 20-də evlərdən birindən 63 min manat nağd pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı “102” xidməti – zəng mərkəzinə müraciət daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Astara rayon sakini, 1986-cı il təvəllüdlü G.Həsənova kirayə yaşadığı evdən axşam saatlarında bibisi oğluna məxsus pulun naməlum şəraitdə oğurlanmasını bildirib.

Daxil olan müraciət üzrə dərhal DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi, Xəzər RPİ Cinayət-Axtarış şöbəsi və 1-ci Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan, 1985-ci il təvəllüdlü E.Nəcəfov müəyyən olunaraq tutulub.

İlkin arşadırmalarla məlum olub ki, evdən 63 000 yox, 55 500 manat pul oğurlanıb. Davam etdirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə oğurlanan vəsait tam həcmdə aşkarlanaraq olunaraq, zərərçəkmişə qaytarılması təmin olunub. Oğurluqda şübhəli bilinən şəxs G.Həsənovanın həyat yoldaşıdır.

Faktla bağlı, Xəzər RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlayıb. Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=6395