Polis rəisi və onun tabeliyində olan 20 nəfər rüşvətə görə SAXLANILDI – Rəisin dəbdəbəli evindən VİDEO

image-hebsbackend

Rusiya Daxili İşlər Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinin yol polisinin keçmiş rəisi Aleksey Safonov və onun tabeliyində olan şəxslərlə bağlı rüşvət alma maddələri ilə 20 yeni cinayət işi başlanıb.

Busaat.az  “İzvestiya”nın məlumatına istinadən xəbər verir ki, işlərdə Safonovdan başqa Stavropol üzrə yol polisi idarəsinin keçmiş rəisi Aleksandr Arjanuxin, Vladimir Paraxin, Yevgeni Sotnikov, Alena Sotnikova da var.

Müstəntiqlərin fikrincə, 2017-ci ildən 2020-ci ilə qədər onların hamısı Stavropol diyarının yollarında yol hərəkəti və yük daşıma qaydalarını pozaraq maneəsiz hərəkət etdikləri üçün 20 yük maşını sürücüsündən 789 min rubldan çox məbləğdə rüşvət alıblar.

2021-ci ilin iyul ayında Safonov və onun rəhbərlik etdiyi qrupun altı üzvü, həmçinin dörd mülki şəxs ümumi məbləği 19 milyon rubldan çox rüşvət alarkən saxlanılıb. Həmin gün Rusiya Federasiyasının İstintaq Komitəsi UGİBDD polkovnikinin Stavropolda yaşadığı yerdən video yayımlayıb. Onun evinin dəbdəbəli olması da diqqətdən yayınmayıb.

21 iyul 2021-ci ildə Essentuki Şəhər Məhkəməsi Safonovu iki ay müddətinə həbs edib.

Rayon yol polisi idarəsinin rəisini 15 ilə qədər həbs gözləyir.

Bir il sonra, avqustun 26-da Rusiya Federasiyasının Baş Prokurorluğu Safonovun ümumi məbləği 180 milyon rubl olan əmlakının dövlətin xeyrinə müsadirə olunduğunu bildirib.

Azmedia.Az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90