
Polisdən əməliyyat: Banan qutularının içərisindən 330 milyon dollarlıq kokain tapıldı
Ekvadordan Belçikaya göndərilən bananların içərisindən təxminən 8,8 ton kokain aşkar edilib.
Busaat.az xəbər verir ki, polisin verdiyi açıqlamaya görə, narkotik vasitələrin təxmini dəyəri təyinat yerinə çatsaydı, 330 milyon dollar olacaqdı.
Ekvador qonşu Peru və Kolumbiyada istehsal olunan kokainin əsas tranzit ölkələrindən birinə çevrilib.
Keçən il ölkədə, əsasən də Quayaquil limanında 200 tondan çox narkotik vasitə ələ keçirilib .
Qeyd edək ki, dünyanın ən böyük banan ixracatçısı olan Ekvadorda qaçaqmalçılar tez-tez qeyri-qanuni daşımaları Guayaquil limanından dünyaya göndərilən meyvələr arasında gizlətməyə çalışırlar.
Busaat.az























