Polisin Sovet nömrəsi ilə saxladığı sürücü yolda öldübackend

Beyləqandə yol polisi əməkdaşları xidmətdə olarkən hərəkətdə olan “Niva” markalı avtomobili üzərində keçmiş Sovetlər Birliyindən qalmış (22-66 АГБ) qeydiyyat nişanı ilə idarə edildiyi üçün saxlayıblar.

Busaat.az xəbər verir ki, hadisə martın 19-da saat 17 radələrində qeydə alınıb.

Araşdırmalar zamanı avtomobilin sürücüsü – 70 yaşlı Ziyafət Novruzovun sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq YPX əməkdaşları avtomobili müvəqqəti duracağa aparıblar. Orada sürücü Z.Novruzovun səhhəti pisləşib və çağırılmış Təcili Tibbi Yardım briqadası gələnədək vəfat edib.

Həkimlərin verdiyi rəyə görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib. Araşdırma aparılır.