Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Politico: İsrailin yeni hökuməti Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişməyəcək

image-000_1fd2lq-e1570449834149
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İsrailin yeni ifrat sağçı hökuməti çətin ki, Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişsin, Rusiya və ABŞ-ı narahat etməmək üçün balanslı siyasətinə davam edəcək.

Busaat.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşr qeyd edir ki, İsrail Kiyevi ərzaq, dərman, su və digər humanitar yardımlarla təmin etsə də, silah verməkdən imtina edib.

İsrailin xarici işlər naziri Eli Koen keçən həftə hökumətin münaqişə ilə bağlı daha az səs-küy salmaqla bu tarazlığı qoruyacağını açıqlayıb.

Cons Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin professoru Raffaella Del Sarto deyib: “Bir tərəfdən İran Rusiyanı pilotsuz təyyarələrlə təmin edir, lakin eyni zamanda Rusiya İsrailə Suriyada İran və Hizbullahla hesablaşmağa imkan yaradıb”.

İsrail ukraynalılara rusları öldürməyə kömək edərsə, bu balans təhlükə altında olacaq, ona görə də Benyamin Netanyahu və komandası çətin ki, öz kursunu dəyişsin. İsrail rəsmisi bildirib ki, İsrailin Ukrayna ilə bağlı siyasətində heç bir dəyişiklik yoxdur.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96868