
Polşa 3 atom elektrik stansiyası tikəcək
Polşanın Baş naziri Mateusz Morawiecki ölkəsinin nüvə enerjisi proqramı çərçivəsində ümumilikdə 6 reaktorlu 3 atom elektrik stansiyası tikəcəyini bildirib.
Busaat.az bu barədə Polşa Xəbər Agentliyinə (PAP) istinadən məlumat verir.
Morawiecki nüvənin enerji təhlükəsizliyi üçün vacib olduğunu bəyan edib.
Nüvə enerjisinə qoyulan sərmayənin Polşanın yenilənə bilən enerji mənbələrini inkişaf etdirməyəcəyi anlamına gəlmədiyini qeyd edən Morawiecki, “Ancaq bu gün kömürlə təmin edilən sabit enerjiyə ehtiyacımız var” – deyə, bildirib.
Qeyd edək ki, Oktyabrın 28-də Polşanın ilk atom elektrik stansiyasının ABŞ-da yerləşən Westinghouse Electric Company nüvə enerjisi şirkəti tərəfindən tikiləcəyi açıqlanıb.
Atom elektrik stansiyasının tikintisinə 2026-cı ildə başlanacaq və ilk reaktorun 2033-cü ildə işə salınması gözlənilir.
Busaat.az























