Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 897 $▲1.23%
  • Ethereum1 822 $▲3.05%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Polşa Almaniyanı dialoqa çağırdı: “Bütün cinayətlərə görə təzminat…”

image-fwxk9kuturbxy9lytu5ndkyzs1imtzlltrlzmitytdjys02nty0ndfmywu1otguanblz5gvas0dbwddw94aaaewaq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Polşa Xarici İşlər nazirinin müavini Arkadiuş Mularçik Almaniya kansleri Olaf Şolzu İkinci Dünya Müharibəsi zamanı dəymiş zərərin ödənilməsi ilə bağlı dialoqa başlamağa çağırıb.

Busaat.az xəbər verir ki, bu barədə Mularçik bazar günü Polşanın şərqində yerləşən Grezowka kəndində almanların mülki əhaliyə hücumunun 80-ci ildönümü ilə əlaqədar anım mərasimlərində iştirak zamanı deyib.

Sözügedən dövrdə günahsız uşaqların və qadınların kütləvi şəkildə qətlə yetirildiyini bildirən Mularçik qeyd edib: “Buradan Almaniya Federativ Respublikasının kanslerini bu mövzuda dialoqa girməyə və bütün cinayətlərə görə təzminat məsələsini qəti şəkildə tənzimləməyə çağırıram”.

Mularçik alman hücumları ilə bağlı geniş hesabatı hazırlayan komandaya rəhbərlik edib və oktyabr ayında Xarici İşlər nazirinin müavini təyin edilib.

Qeyd edək ki, bu ilin sentyabrın 1-də Polşa hökuməti müharibə zamanı ölkənin maliyyə itkilərini təfərrüatlı şəkildə əks etdirən geniş hesabat açıqlayıb. Bundan sonra Polşa Xarici İşlər Nazirliyi Almaniyaya diplomatik nota göndərərək müharibədə vurulmuş zərərin ödənilməsini tələb edib.

İkinci Dünya Müharibəsində 6 milyona yaxın Polşa vətəndaşı, o cümlədən 3 milyon yəhudi öldürülüb, onlardan bəziləri Sovet Qırmızı Ordusunun qurbanı olub.

Almaniya, müharibədən sonrakı illərdə Şərq Bloku ölkələrinə təzminat ödənildiyini, sərhədlər yenidən çəkilərkən Polşanın Şərqdə itirdiyi torpaqların Almaniyanın müharibədən əvvəlki bəzi əraziləri ilə kompensasiya edildiyini iddia edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89877