
Polşa Belarusla sərhəddə qoşunlarının sayını artırır
Polşa Belarus sərhədində qoşunlarının sayını artıracaq və bölgəyə əlavə qüvvələr, o cümlədən döyüş helikopterləri yerləşdirəcək.
Busaat.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada bildirilir.
Açıqlamada iki Belarus helikopterinin sərhəd yaxınlığında Polşa hava məkanını pozduğu qeyd edilir.
Qeyd edilir ki, hadisə ilə bağlı NATO-nun məlumatlandırılıb.
Polşanın müdafiə naziri Mariuş Blaşçak sərhəddəki qoşunların sayının artırılması və bölgəyə əlavə qüvvələrin, o cümlədən döyüş helikopterlərinin göndərilməsi barədə göstəriş verib.
Xatırladaq ki, Belarusun müvəqqəti işlər vəkili baş vermiş insidentlə bağlı Polşa Xarici İşlər Nazirliyinə çağırılıb.
Busaat.az























