Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.56 $▲1.24%
  • WTI neft86.70 $▲1.20%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.308 $▲2.96%
  • Qızıl4 053 $▼1.74%
  • Gümüş52.37 $▼1.65%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.75 ¢▲0.85%
  • Bitcoin73 555 $▼0.19%
  • Ethereum2 056 $▲0.27%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Polşa Belarusla sərhəddə yeni texnoloji baryer inşa edir

image-6688bcc7-9c46-33a0-b996-357946e5e123_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Polşanın Lyublin voyevodalığında, Belarusla sərhədin su hissəsində elektron maneə tikilir.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər və administrasiya naziri Tomaş Semonyak bildirib.

“Polşa-Belarus sərhədində, Lyublin voyevodalığında, sərhəddə yerləşən Buq çayı üzərində elektron maneənin qurulması üzrə işlər aparılır. Elektron təhlükəsizlik divarı iyulun 20-dək tam hazır olacaq. Bu, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün son dərəcə vacib vasitədir”, – qurum rəhbəri deyib.

Bildirilir ki, hasara kameralı 1,8 minə yaxın dirək, 4,5 min gecə-gündüz və termal müşahidə kameraları, habelə obyektlərin müxtəlif fiziki xüsusiyyətlərini aşkar edən xüsusi sensorlar daxildir.

Xatırladaq ki, bu ilin mart ayında Polşa Sərhəd Xidməti Podlyaske voyevodalığının (Belarusun Qrodno və Brest vilayətləri ilə həmsərhəddir – red.) sərhədyanı Svisloç və İstoçyanka çaylarında tikilmiş elektron maneəni istismara qəbul edib.

2023-cü ilin yayında Polşa-Belarus sərhədinin quru hissəsində elektron maneənin quraşdırılması başa çatdırılıb. Sərhədin su hissələrində elektron maneələrin tikintisinə 2024-cü ilin fevral ayının sonunda başlanılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=164755