
Polşa məhkəməsi Şimal axını-2 insidenti ilə bağlı Qazproma verilən cəzanı ləğv etdi
Polşanın Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Məhkəməsi Qazproma 29,08 milyard PLN (6,46 milyard avro) və Şimal axını-2 qaz kəmərinin tikintisində iştirak edən beş şirkətə 234 milyon PLN (52 milyon avro) cərimə tətbiq edilməsi barədə qərarını ləğv edib.
Busaat.az xəbər verir ki, bu barədə RBC Polşadakı Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Məhkəməsinə istinadən məlumat yayıb.
“Qərar bizi təəccübləndirir. Məhkəmənin şifahi rəyinə görə Şimal axını-2-nin tikintisində iştirak edənlər yeni müştərək müəssisə yaratmayıblar” –deyə, məlumatda qeyd olunub.
Busaat.az























