
Polşa Rusiyaya NOTA VERDİ
Polşanın Moskvadakı səfiri Krzysztof Krajewski, Rusiyanın İrkutsk şəhəri yaxınlığında yerləşən “Rusiyada siyasi repressiyaya məruz qalan polşalı qurbanların xatirəsinə ucaldılan abidə”nin götürülməsi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə nota verdiklərini açıqlayıb.
Busaat.az xəbər verir ki, bu yaxınlıqda litvalı qurbanların xatirəsinə ucaldılmış taxta xaçın, eləcə də Polşa abidəsinin götürüldüyünü deyən Krajewski zülm qurbanlarını milliyyətinə görə ayırmadıqlarını, hər iki abidənin onlar üçün çox dəyərli və önəmli olduğunu bildirib.
Xaricdəki Polşa icması tərəfindən maliyyələşdirilən Polşa abidəsinin 2015-ci ildə yerli hakimiyyət orqanlarının icazəsi ilə ucaldıldığını xatırladan Krajewski Polşa və Litva abidələrinin götürülərək naməlum yerə aparılmasının əleyhinə olduqlarını bildirib. Krajewski səfirlik olaraq Rusiya Xarici İşlər Nazirliyinə verdikləri notada çox əhəmiyyətli anım yerləri olan iki abidənin sökülməsinin səbəbini və harada aparıldığını soruşduqlarını qeyd edib.
Qeyd edək ki, İrkutsk şəhəri yaxınlığındakı “Rusiyada siyasi repressiyaya məruz qalan polşalı qurbanların xatirəsinə ucaldılan abidə” 1930-cu illərdə Sovet İttifaqında kütləvi repressiya nəticəsində həlak olmuş polyakların dəfn olunduğu qəbiristanlığın yanında yerləşirdi. Bir müddətdir diplomatik münasibətləri problemli olan Polşa və Rusiya bir müddət əvvəl Rusiya səfirliyinə bağlı orta məktəb binasını Varşava bələdiyyəsi tərəfindən ələ keçirib, Rusiyaya məxsus SU-34 qırıcısı isə patrul xidmətində olan Polşa Sərhəd Mühafizəsi təyyarəsinə yaxınlaşıb. Onlar bir-birinə etiraz notaları mübadiləsi aparıblar.
Busaat.az























